İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqşotu olan ilk prezident – ABŞ-ın 46 liderindən yalnız Trampın anfas-profil şəkli var

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbs zamanı çəkilmiş fotosu (maqşot – həbs olunanların anfas\profil şəkli) çəkilib. Fotonu ona Fulton dairəsinin şerif ofisi təqdim edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp indiyə qədər bu ölkəni idarə etmiş 46 prezident arasında maqşotu olan ilk siyasətçidir.

Siyasətçinin komandasındakı mənbələr CNN-ə bildiriblər ki, Tramp şəkildə "heyəbtli" görünmək üçün qəsdən gülümsəməyib. Eks-prezidentin yaxınları onun həbsxanaya getməzdən əvvəl şəkil çəkdirmə prosesini müzakirə ediblər.

Tramp həbsi zamanı standart prosedurdan keçib: onun barmaq izi götürülüb, şəkili çəkilib, çəkisi (97,5 kq) və boyu (1,9 m) ölçülüb.

64e81f72b4b17482200902.jpg (44 KB)

Tramp, barəsində cinayət işi açıldıqdan sonra dördüncü dəfədir ki,hökumətə təslim olur. Səlahiyyətlilər keçmiş ABŞ prezidenti üçün xüsusi karta ehtiyac olmadığını bildiriblər, onun maqşotunu mediada yaymayıblar. Bu görüntülər təqsirləndirilən şəxsin kimliyini müəyyənləşdirmək və qaçıb gizləndiyi halda onu axtarışa vermək, yerini tapmaqda ictimaiyyətin kömək etməsi üçün əyani vəsait məqsədini daşıyır. Belə hallarda qaçan şəxsi tutmaq üçün fotolar polisə, mediaya verilir.

Trampın keçmiş sözçüsü Hoqan Gidli aprel ayında keçmiş prezidentin çəkildiyi maşqotunun "bütün zamanların ən mərdanə, ən kişiyana və ən gözəl fotoşəkili" olacağını vəd edib, lakin o vaxt şəkil çəkilməyib. Bununla belə, Fulton dairəsinin rəsmiləri Trampla digər müttəhimlər kimi rəftar edəcəklərini vurğulayıblar.

Trampın işində iştirak edən digər müttəhimlərin, o cümlədən Nyu-York şəhərinin keçmiş meri və eks-prezidentin vəkili Rudolf Culianinin maqşotu da çəkilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR