Onlayn ictimai-siyasi qəzet
"Mançester Siti"nin futbolçusu Abdukodir Xusanov Özbəkistanda sevgilisinə evlilik təklifi edib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, tanınmış müdafiəçi bunun üçün xüsusi şənlik təşkil edərək, romantik və yaddaqalan sürpriz hazırlayıb.
Mərasim zövqlə bəzədilmiş məkanda baş tutub və canlı musiqi gecəyə xüsusi rəng qatıb.
Məlumata görə, 21 yaşlı futbolçunun toyu mayın 27-də baş tutacaq. O, "Mançester Siti"nin bütün kollektivini bu möhtəşəm gününə dəvət edəcək.
Qeyd edək ki, Abdukodir Xusanov qış transfer pəncərəsində 40 milyon avro qarşılığında Fransa "Lens"indən "Mançester Siti"yə keçib. O, "şəhərlilər"in heyətində çıxdığı 8 oyunda 1 qol vurub.
Həmin anları təqdim edirik:
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ