Onlayn ictimai-siyasi qəzet
“Manatın məzənnəsinin builki parametrləri büdcədə də, Neft Fondunun büdcəsində də, dövlət sənədlərində də 1 manat 70 qəpiklə hesablanıb. Bununla bağlı bir dəyişikliyin olacağını düşünmürəm. Çünki bizdə inzibati məzənnə rejimidir. Yəni məzənnəni bazar təyin etmir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, hökumətin və Mərkəzi Bankın məzənnə dəyişikliyi fikri yoxdur:
“Amma bunu bir faktor da dəyişə bilər – neft qiymətlərinin kəskin ucuzlaşması. Açığı, dünyadakı prosesləri nəzərə alsaq, hələlik bu da real görünmür. Ancaq az da olsa, belə bir ehtimal hələ də mövcuddur ki, neft qiymətlərinin kəskin aşağı düşməsi, uzun müddət – məsələn, 40-50 dollar civarında qalması manatın məzənnəsinə istər-istəməz təsirsiz ötüşməyəcək. Yəni qısamüddətli düşsə də, hökumətin hansısa bir addım atacağını düşünmürəm. Amma neftin qiyməti düşərsə və uzun müddət – bir neçə ay aşağı səviyyələrdə qalarsa, o zaman məzənnə dəyişiklikləri ilə bağlı qərar verilə bilər”.
Aytən Novruz
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ