İnsanlara hürriyət, millətlərə istiqlal!

Malavidə "Freddi" siklonu 326 nəfərin ölümünə səbəb olub

Malavidə "Freddi" siklonu nəticəsində ölənlərin sayı 326 nəfərə çatıb.

Trend "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bunu Malavinin prezidenti Lazarus Çakvera deyib.

Onun sözlərinə görə, ölənlərin sayı 225-dən 326-ya yüksəlib, yaralananların və hələ də itkin düşmüş sayılanların sayı müvafiq olaraq 201 və 796-ya çatıb.

"Təxliyə edilənlərin sayı iki dəfədən çox artaraq 183 159 nəfərə çatıb", - deyə L.Çakvera əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR