Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makronun qeyri-adi vərdişi üzə çıxıb.
Musavat.com xəbər verir ki, tanınmış siyasi şərhçi Olivye Bomonun “Yelisey sarayının faciəsi” adlı yeni kitabında Makronun maraqlı adətindən bəhs olunur. Kitabda qeyd edilir ki, Makron daim özü ilə içində təxminən 20 cüt günəş eynəyi olan xüsusi bir qutu gəzdirir.
Fransa lideri Günəş işığından narahat olan insanlara qarşı həssaslıq göstərir. Əgər ətrafındakı şəxslər günəşə görə gözlərini qıyırsa, Makron onlara dərhal həmin qutudan eynək təklif edir. Bomonun sözlərinə görə, bu vərdiş prezidentin diqqətçiliyinin və qeyri-adi üslubunun bir parçasıdır.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ