İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron yenidən münaqişəyə mümkün müdaxilədən danışdı

Avropa İttifaqı yaxın həftələrdə Kiyevə dəstəyini gücləndirəcək.

Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron YouTube videohostinq saytındakı kanalında sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən deyib.

"Bizim gələcəyimiz və təhlükəsizliyimiz Ukraynada təhlükə altındadır. Buna görə də, dediyim kimi, yardımı artırmalıyıq, onu da yaxın həftələrdə edəcəyik. Ukraynalıları daha çox texnika ilə təmin etmək lazımdır”, - Fransa lideri deyib.

“Ümid edirəm ki, biz müharibəyə getməyək, Fransa müharibə gücü deyil, sülh gücüdür, lakin sülh istəyiriksə, onu müdafiə etməliyik. Ona görə də biz silahlanmalıyıq, biz çəkindirici rol oynamalı və düşmənlərimizi inandırmalı, bəzən onlara deməliyik: “Əgər siz çox uzağa gedib bizim maraqlarımızı və təhlükəsizliyimizi təhdid edirsinizsə, o zaman müdaxilə etməyi istisna edə bilmərik", - Makron bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR