İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Yeni il təbrikində Rusiyanı dayandırmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron xalqa Yeni il müraciətində Rusiya və Ukrayna arasındakı münaqişə barədə sərt danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fransa prezidenti Avropa Parlamentinə seçkilərin 2024-cü ilin iyununda keçiriləcəyini xatırladıb və deyib ki, səsvermə yolu ilə fransız seçicilər Avropanın suverenliyinin möhkəmləndirilməsi üçün öz mövqelərini bildirməli olacaqlar.

"Onlar Rusiyanı dayandırmaq və Ukraynanı dəstəkləmək və ya avtoritar qüvvələrə təslim olmaq arasında seçim etməlidirlər", - Emmanuel Makron deyib.

RİA Novosti-nin məlumatına görə, fransızlar Makronun müraciətini tənqid ediblər. “Le Figaro” qəzetindəki şərhlərdə onu ölkə tarixinin ən pis prezidenti adlandırıb, Rusiyanı təxribata çəkməkdənsə, ABŞ-ı daha az dinləməyə və Ukraynada sülhün tərəfdarı olmağa çağırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR