Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə rəsmi Telegram hesabında paylaşım edib.
Zelenskinin sözlərinə görə, Makron ABŞ səfəri və Prezident Donald Trampla keçirdiyi görüş barədə onu məlumatlandırıb. Fransa lideri Vaşinqtonda aparılan müzakirələrin detalları və ABŞ-ın Ukrayna ilə bağlı gələcək planlarını Kiyevlə bölüşüb.
Bundan əlavə, Ukrayna Prezidenti Makronu Kiyevdə Şimali Avropa və Baltikyanı ölkələrin liderləri ilə keçirdiyi görüş barədə məlumatlandırıb. O vurğulayıb ki, Ukrayna etibarlı təhlükəsizlik zəmanətlərinin formalaşdırılması üzərində işləyir və bu prosesdə hər bir ölkənin səsi eşidilməlidir.
Makron və Zelenski gələcək planları və müxtəlif diplomatik formatlardakı təmaslarını əlaqələndiriblər. Zelenski bildirib ki, gələcək sülh planı Ukraynanı və Avropanı Rusiyanın mümkün aqressiyasından qorumağa yönəlib.
Sonda Zelenski Makrona Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və qeyd edib ki, Fransanın fəaliyyəti Ukraynanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Musavat.com
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ