Onlayn ictimai-siyasi qəzet
Bazar ertəsi, sentyabrın 22-də Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT mənzil-qərargahında çıxışını başa vurduqdan sonra maraqlı hadisə yaşanıb. Fransa lideri binadan çıxarkən küçə Donald Trampın kortejinə görə tamamilə bağlanıb.
Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Polis əməkdaşları Fransa prezidentinə yaxınlaşıb: “Bağışlayın, cənab prezident, hər şey bağlanıb”, – deyə bildiriblər.
Bu qeyri-adi vəziyyətdə Emmanuel Makron amerikalı həmkarına zəng edərək vəziyyəti həll etməyə çalışıb.
“Təsəvvür edin, mən sizi hazırda küçədə gözləyirəm, çünki sizin üçün hər şey bloklanıb”.
Lakin Trampın xəttin digər ucunda olub-olmadığı bəlli deyil.
Bir neçə dəqiqəlik gözləmədən sonra küçə yalnız piyadalar üçün açılıb. Nəticədə Fransa lideri öz səfirliyinə piyada getməyə məcbur qalıb.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ