İnsanlara hürriyət, millətlərə istiqlal!

Makroiqtisadi proqnozlar dəyişdi: Büdcə neftin 75 dollar qiyməti ilə hesablanır

Azərbaycanda 2024-cü il üzrə makroiqtisadi proqnozlara yenidən baxılıb.

Musavat.com Maliyyə Nazirliyiə istinadən xəbər verir ki, makroiqtisadi proqnozlar dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrinin yenidən baxılma ilə əlavə xərclərinin, öz növbəsində əlavə gəlirlərin formalaşmasına təsir göstərəcəyi nəzərə alınmaqla 2024-cü ilin aprel ayında yenilənib.

Belə ki, İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR