İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Abbas: Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir

"Xalqımız öz vətəninə sadiqdir və nəyin bahasına olursa-olsun qəsbkarları öz torpaqlarından qovacaq".

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, oktyabrın 7-dən bəri Qəzzada 40 min insan həlak olub, 80 min yaralı və 10 min itkin var.

"Buna baxmayaraq, xalqımız sınmayacaq, təslim olmayacaq, biz dik durmağa davam edib torpağımızı tərk etməyəcəyik. Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir. Qəzzada başqa dövlət qurula bilməz. Qəzzanı yenidən quracağıq. Biz bunu gələcəkdə paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətimizi qurmaq üçün edəcəyik", - Mahmud Abbas vurğulayıb.

Mahmud Abbas "İsraili Fələstinin varlığını yox etmək və fələstinliləri bir daha deportasiya etməkdə" ittiham edib və əlavə edib ki, "İsrail bu məqsədinə nail olmayacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR