Onlayn ictimai-siyasi qəzet
Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı ilə vətəndaşlar ipoteka kreditlərindən yararlana bilmir. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının məbləği il ərzində 500 manata çatdırıla bilər?
Mövzu ilə bağlı danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bu gün minimal əməkhaqqının 345 manat dəyərindədir və bu məbləğ az olduğu üçün artırılmalıdır:
"Azərbaycan Respublikasının Konstitusiyasına görə, bizim qoşulduğumuz beynəlxalq müqavilələr Azərbaycanın qanunvericiliyi aktları sayılıb. Bu müqavilələr bizim milli hüquq sistemimizə daxildir. Əvvəla Azərbaycan 1992-ci ildən "İqtisadi sosial və mədəni hüquqlar haqqında " beynəlxalq pakta qoşulub. Həmin paktın 7-ci maddəsinə görə şəxsin əməkhaqqısı onun və ailəsinin layiqli həyat tərzini təmin etməlidir. Eyni zamanda Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulub. Həmin xartiyanın dördüncü maddəsinin birinci bəndinə əsasən, layiqli əməkhaqqı ölkə üzrə orta əməkhaqqının 60 faizindən az olmamalıdır".
Əkrəm Həsənovun sözlərinə görə , ötən ilin sonunda bizdə əməkhaqqı hardasa 924 manata yaxın idi. Həmin məbləğin 60 faizi 462 manat edir. Deməli Azərbaycanda minimum əməkhaqqı 462 manatdan az olmamalıdır:
"Bu gün Azərbaycanda 345 manat əməkhaqqı olması çox azdır. Məsələnin əlbəttə ki, iqtisadi tərəfidə var. Amma birincisi bu belə olacaqsa dövlət öz məmurlarını maaşla təmin etməlidir. Azərbaycanda bu istiqamətdə dərin iqtisadçı alimlərimiz yoxdur. Amma dünya miqyasında alimlərin fikrincə, minimal əməkhaqqı bəzən işçilərə ziyan vurur. Yəni onları buna görə işə götürmürlər. Hansısa bir sahibkardır. Minimal əməkhaqqısı isə deyək ki, 500 manatdır. Bu zaman üç nəfərin yerinə iki nəfəri işə götürəcək. Yəni bu məsələ dünya miqyasında mübahisəlidir. Dövlət minimal əməkhaqqını vəd etməlidir yoxsa yox. Bizdə qanun var ki, əhali minimal əməkhaqqı ilə təmin edilməlidir və dövlət bunu edib. Sadəcə olaraq minimal əməkhaqqının az olmasınıb səbəbini aidiyyəti dövlət qurumları izah etməlidir. Yaxın vaxtlarda da mən bu məbləğin artmasını gözləmirəm"./ Sonxeber.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ