Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Adətən, hər ilin əvvəlində pensiyaların artımı ilə paralel şəkildə dövlət sektorunda çalışan işçilərin də maaşların artımı ilə bağlı qərar verilirdi. Yəni hər iki müavinətin indekləşdirilməsi təxminən eyni vaxta təsadüf edirdi.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda bu barədə rəsmi məlumat yoxdur:
“Hələki bununla bağlı hansısa rəsmi məlumat yoxdur. Hər il maaş və pensiyaların indenksləşməsi paralel aparılırdı. Seçkilərdən öncə təqaüdlərlə bağlı qərar verildi. Maaşlara bağlı isə hələ qərar yoxdur. Açığı, bunun nə vaxt olacağını indidən söyləmək də çətindir. Çünki qanunvericilikdə bu artımların müddətləri müəyyənləşdirilməyib. Sadəcə, hökumətin hər il orta aylıq əməkhaqqının artım tempinə və ya infiliyasiya göstəricilərinə uyğun olaraq, əməkhaqlarında indeksləşmə aparmalı olduğu qeyd olunub. Ona görə də indidən nəsə demək çətindir”.
Ekspert maaşlarla bağlı qərarın yaxın günlərdə verilə biləcəyini istisna etməyib:
“Ehtimal edirəm ki, yaxın vaxtlarda parlament seçkiləri ilə bağlı qərar verilə bilər. Ola bilsin ki bu qərardan öncə maaş artımı ilə bağlı yeni bir qərarın elan olunması baş versin. Bəlkə də bunlar hansısa bir seçki alqoritminə görə hesablanıb. Amma nə vaxt və hansı gün olacağını söyləmək çətindir”.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ