İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun qadın ali baş komandan qorxusu - reaksiya

Ekspert: “İndi fiziki gücün edə bilmədiyi məsələləri məhz əqli, mənəvi və məntiqi güc edir”

“Allah eləməsin, Belarusda qadın prezident seçilsin. Belarusda Prezident həm də Ali Baş Komandandır”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bu, ən çətin işdir. Qadını belə yükləməyə ehtiyac yoxdur, bu mərasim vəzifəsi deyil. Ola bilsin, zaman keçdikcə biz də bu üsluba gələcəyik. Amma hələlik o, fərqlidir. Qadınların qarşısında baş əyirəm və onların rolunu heç də aşağılamıram. Amma yanımızda olmalıdırlar”, - Lukaşenko bildirib.

Belarusla yanaşı, əksər ölkələrdə dövlətin rəhbəri həm də ali baş komandandır. Bu statusa qadın prezident doğrudanmı uyğun gəlmir, gəlmirsə, niyə? “Batka” nə dərəcədə haqlıdır?     

Qeyd edək ki, hazırda dünyanın bir neçə ölkəsində qadın prezidentlər fəaliyyət göstərir. Onlar aşağıdakılardır:

Yun Suk-yeol - Cənubi Koreya prezidenti (və həmçinin qadın başçı olaraq seçilən ilk liderlərdən biridir).

Katerina Sakellaropoulou - Yunanıstanın ilk qadın prezidenti.

Xiomara Castro - Honduras prezidenti və ölkənin ilk qadın lideri.

Droupadi Murmu - Hindistanın prezidenti və həmçinin ölkənin ilk yerli qadın prezidenti.

Salome Zurabişvili - Gürcüstan prezidenti.

Bir neçə aya qədər Zuzana Çaputov da Slovakiya prezidenti idi.

Qadın liderlərin ölkə idarəetməsindəki üslubu ilə bağlı aparılan tədqiqatlar və müşahidələr müəyyən fərqliliklər göstərir, lakin bu fərqlər mütləq üstünlük və ya çatışmazlıq kimi qiymətləndirilməməlidir. Əsas fərqliliklərdən bəziləri bunlardır:

Empatiya və sosial ədalətə fokuslanma - Qadın liderlər daha çox sosial ədalət, təhsil, səhiyyə və gender bərabərliyi kimi məsələlərə diqqət yetirirlər. Məsələn, Yunanıstan prezidenti Katerina Sakellaropoulou ekologiya və insan hüquqları sahəsində fəal olub.

Risk idarəetməsi və böhranlar - Tədqiqatlar göstərir ki, qadın liderlər böhranlar zamanı daha ehtiyatlı və strategiyalı qərarlar qəbul edə bilirlər. COVID-19 pandemiyası dövründə Yeni Zelandiyanın baş naziri Jacinda Ardernin uğurlu yanaşması bu aspekti təsdiqləyir. Daha çox elmi əsaslara söykənərək, kollektiv qərar qəbul etməyə üstünlük verirlər.

Konsensusa nail olma - Qadın liderlər, adətən, komandaya əsaslanan idarəetmə tərzi ilə fərqlənir. Onlar müxtəlif maraq qruplarını birləşdirməyə meyllidirlər, bu da siyasətlərin daha geniş dəstək almasına gətirib çıxarır.

Aşağı korrupsiya dərəcəsi - Bəzi araşdırmalar göstərir ki, qadın liderlərin idarə etdiyi ölkələrdə korrupsiya səviyyəsi daha aşağı olur. Bunun bir səbəbi kimi onların şəffaflıq və hesabatlılıq dəyərlərinə daha çox diqqət etməsi göstərilir.

Daha yumşaq liderlik tərzi - Kişilərlə müqayisədə qadın liderlərin daha az aqressiv və daha çox barışdırıcı yanaşma göstərdiyi bildirilir. Bu, beynəlxalq münaqişələrin həllində faydalı ola bilər.

Məhdudiyyətlər və stereotiplər - Bununla yanaşı, qadın liderlər tez-tez cəmiyyətin gender stereotipləri ilə üzləşirlər. Onların qərarları və liderlik qabiliyyəti daha çox təftiş edilir ki, bu da bəzi hallarda onların effektivliyinə təsir edə bilər.

Qadınların idarəetmədəki effektivliyi konkret şəraitdən və onların fərdi liderlik tərzindən asılıdır. Lakin qadın liderlərin müxtəlifliyi və perspektivləri siyasətə daha geniş baxış bucağı gətirir.

Ermənistanın ən böyük cinayəti ərazilərimizin sistemli şəkildə  minalanmasına imza atmasıdır - Politoloq - AZƏRTAC

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə, cəmiyyətdə qadın və kişi rolları haqqında stereotipləri məlum bir neçə faktorlar müəyyən edir. Bu faktorlardan biri, yəqin ki, birincisi məhz təbii faktorlardır.

Məsələn, dünyada çox az qadın sərkərdə , Ali Baş Komandan ola bilib. Amma təbiət qadına kişilərlə müqayisədə diplomatiya, mərhəmət, prosesləri daha dəqiq və mətiqi qiymətləndirmə, ardıcıllığı daha çox qoruma və sairə kimi üstünlüklər verib. Əgər kişilər daha çox fiziki baxımdan güclüdürlərsə, əqli və məntiqi güc daha çox qadınlarda var. Bu, reallıqdır.

O ki qaldı Belarusun da daxil olduğu postsovet coğrafiyasında qadınlarla bağlı məsələyə, adətən bu coğrafiyada qadının siyasətdə güclü olması və yaxud güclü siyasətçi, idarəçi olması kimi məsələlər o qədər də qəbul olunmur. Bu, fiziki göstəricilərlə əlaqələndirilmir. Məsələ ondadır ki, hər uğurlu sərkərdə, Ali Baş Komandanın və s. arxasında onu mənəvi güclü edən bir qadın dayanır. “Bu gün hansı güc daha güclüdür?” sualının konkret  cavabı yoxdur. Yəni, demək olmur fiziki, yoxsa mənəvi güc daha öndədir. İndi fiziki gücün edə bilmədiyi məsələləri məhz əqli, mənəvi və məntiqi güc edir.

Postsovet ölkələrində qadınların qeyri-ciddi qəbul edilməsinin digər fundamental əsaslarından biri qadınlar arasında rəqabət qaydalarının məqsədli pozulmasıdır. Məsələn, ən yeni tarixdə  yazılmamış tətbiq olunan yanaşmalardan biri də odur ki, süni şəkil bir kvota tətbiq olunur, həmin kvotaya görə  istənilən yerdə bir qadın təmsilçi olmalıdır və bu qadın təmsilçini də əlbəttə orada çoxluq təşkil edən rəhbər kişilər özlərinin dünyagörüşü təcrübəsinə və sairə baxımına görə seçim edir. Dünyada çox az güclü kişi qadının gücünü qəbul edir. Bunun üçün çox güclü kişi olmaq lazımdır.

Bir və ya iki  istisnalar olmaqla qadının uğurunu onun cinsi statusu üçün cızılmış patriarxat çərçivə müəyyən edir.

Əsl problem güclü qadın uğur qazanmaq üçün seçimini cızılan çirkli statuslardan deyil, ağılı, savadı, təcrübəsini istifadə  etməyə qərar verəndə yaranır.

Həmən ona oxşar alternativlər formalaşdırılır , onun uğurunu kopyalayan öz cinsindən olan personajlar ortaya çıxardırılır, postlara  qoyulur və s.

Beləcə,  güclü və özünə hörmət edən qadını doğru yol seçimindən yana cəzalandırmaqla həm də digərlərinə dərs verirlər.

Güclü qadın da bir yerdə özünü, bir yerdə öz şəxsiyyətini, bir yerdə əsəblərini qorumaq üçün çəkilmək seçimini edir.

Qadın bu seçimi gücsüz olduğu üçün deyil, həyatını belə şeylərlə mübarizəyə sərf etməyin əbəs olduğunu, bunun onu xoşbəxt etməyəcəyini anlayacaq qədər ağıllı olduğu üçün edir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR