İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan Baydenlə bağlı ŞOK SÖZLƏR: "Tramp olmasa idi..."

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ABŞ-də keçirilən son prezident seçkilərində Donald Trampın qələbəsi dünya üçün potensial nüvə qarşıdurması və Üçüncü Dünya Müharibəsi təhlükəsinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, Lukaşenkonun bu fikirləri Belarusun rəsmi "Belta" agentliyi tərəfindən yayımlanıb.

"Biz Üçüncü Dünya Müharibəsinə çox yaxın idik",-deyə A.Lukaşenko bildirib.

Lukaşenko qeyd edib ki, Co Bayden yenidən ABŞ prezidenti seçilsəydi, dünya daha təhlükəli ssenari ilə üzləşə bilərdi. Onun fikrincə, Trampın prezident seçilməsi bu təhlükənin müəyyən qədər qarşısını aldı: "Təsəvvür etmək çətindir, amma mənə elə gəlir ki, biz nüvə qarşıdurmasına, Üçüncü Dünya Müharibəsinə çox yaxınlaşmışdıq. Ən azı hələlik Trampın seçilməsi bu ekstremal ssenaridən yayınmağa kömək edib".

Belarus prezidenti əlavə edib ki, Tramp xaraktercə güclü şəxsiyyətdir və ABŞ siyasətində özünün fərqli mövqeyi ilə seçilir. O, keçmiş və indiki ABŞ prezidentləri arasındakı fərqləri də vurğulayıb.

"Tramp təbiətcə güclü insandır. O, sülhlə bağlı əsas vədlərini yerinə yetirir",– deyə Lukaşenko bildirib.

Qeyd edək ki, bu fikirlər Belarus liderinin beynəlxalq siyasət və ABŞ-nin qlobal proseslərdəki rolu ilə bağlı əvvəlki açıqlamaları ilə də üst-üstə düşür. Lukaşenko əvvəllər də Bayden administrasiyasını tənqid edib və ABŞ-nin Rusiya-Ukrayna müharibəsindəki rolunu şübhə altına alıb. Trampın ABŞ prezidenti seçilməsi qlobal miqyasda ciddi dəyişikliklərə səbəb ola bilər. O, artıq seçki kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcəyini və ABŞ-nin xarici siyasət kursunda ciddi dəyişikliklər edəcəyini bəyan edib. Bununla yanaşı, Avropa və NATO ilə münasibətlərdə də fərqli yanaşma sərgiləyəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR