İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Paşinyanla məzələndi, Nikol sərt cavablar verdi: ƏSL DUEL Erməni-beloRus davası! - VİDEO

İlk yayınlanma vaxtı 19:45

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus bəhanəsi ilə Rusiyaya, MDB liderlərinin qeyri-rəsmi toplantısına və Avrasiya İqtisadi İttifaqının toplantısına qatılmasa da, Kremlin israrından sonra distant şəkildə toplantıda iştirak edib.

Musavat.com bu barədə xəbər verir. Toplantıda iştirak edən Belorus prezidenti Aleksandr Lukaşenko növbəti iclasın Minskdə keçiriləcəyini anons edib. Söz alan N.Paşinyan elan edib ki, Ermənistan nümayəndə heyəti Belarusda keçiriləcək Avrasiya İqtisadi İttifaqın sessiyalarında distant iştirak edəcək və ya ümumiyyətlə, iştirak etməyəcək. Lukaşenko bunun səbəbini soruşsa da, Paşinyan qeyri-müəyyən cavab verib və incikliyini aşkar nümayiş etdirib. Bu zaman Lukaşenko ilə Paşinyan arasında mübahisə yaranıb.

N.Paşinyan A.Lukaşenkonun Azərbaycan haqqında yüksək fikirlərdən və Ermənistan rəhbərliyi barədə ifşaedici açıqlamalarından sonra bir daha Belorusa getməyəcəyinə söz vermişdi. 

“Problem nədir? Minskdən nə qədər məsafə var? Yoxsa səni mindirən yoxdur? Yaxşı, lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik”, - Lukaşenko ironiyalı şəkildə çıxış yolunu göstərib.

Paşinyan qeyd edib ki, bundan əvvəl də qərarı ilə bağlı açıqlama verib (bütün məmurların Belarusa səfərinə qadağa nəzərdə tutulur). Bunun üçün Lukaşenko “bu bəyanatı nəzərə alacağına” söz verib. Bunun ardınca iki ölkə liderləri arasında söz mübadiləsi aparıldı və Lukaşenko Minskdəki sammitdə “televizor” olmayacağını deyib.

Qeyd edək ki, Paşinyanda koronavirus əlamətləri müşahidə olunmayıb.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR