İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko İrana gedir

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın bir saatda İrana rəsmi səfərə gedəcək.

APA xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın “Pool of the First” Teleqram kanalı məlumat yayıb.

"İlk təyyarə yarım saatdan sonra Tehrana uçacaq", - məlumatda deyilir.

Bildirilir ki, iki günlük səfər çərçivəsində İran prezidenti İbrahim Rəisi, İslam Respublikasının ali dini lideri Əli Xamenei, icra və qanunvericilik orqanlarının bir sıra yüksək vəzifəli nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığın inkişaf etdirilməsidir, əsas diqqət isə ticari-iqtisadi əməkdaşlıq olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR