Onlayn ictimai-siyasi qəzet
Londonun Trafalqar meydanında London Meri tərəfindən “Eid in the Square” adlı festival təşkil olunub. Tədbirdə müxtəlif müsəlman icmaların nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini təmsil edən ifalar nümayiş etdiriblər.
Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir çərçivəsində peşəkar xoreoqraf və Azərbaycan xalq rəqsləri müəllimi Səkinə Muxtarlı “Tərəkəmə” milli rəqsini yüzlərlə izləyicinin önündə ifa edib. Tədbirdə Londonda yaşayan Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr də iştirak ediblər.
Səkinə Muxtarlı AZƏRTAC-ın müxbirinə deyib ki, Azərbaycanı təmsil etməkdən çox qürur duyub. O, ifasının izləyicilər tərəfindən böyük sevinclə qarşılandığını da söyləyib.
Londonda yaşayan azərbaycanlı Mirkazım Seyidzadə Britaniyada Azərbaycan mədəniyyətinin tanıdıldığı üçün çox xoşbəxt olduğunu deyib.
Qeyd edək ki, Londonda keçirilən “Eid in the Square” festivalında hər il 20 mindən çox tamaşaçı iştirak edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ