İnsanlara hürriyət, millətlərə istiqlal!

London soyuq müharibədən bəri ilk dəfə bu addımı atır

Böyük Britaniya ABŞ-dan B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq. Musavat.com xəbər verir ki, məlumat Baş nazir Kir Starmerin ofisinin bəyanatında yer alıb.

Starmer qərarı dünyada qeyri-müəyyənliyin kəskinləşməsi ilə əsaslandırıb: "Radikal qeyri-müəyyənlik əsrində biz artıq dünyanı adi hal kimi qəbul edə bilmərik, buna görə də mənim hökumətim bizim milli təhlükəsizliyimizə sərmayə qoyur".
“The Times” qəzetinin yazdığına görə, Böyük Britaniyanın böhran zamanı belə silahlardan NATO missiyalarının bir hissəsi kimi istifadə edə biləcəyi planlaşdırılır. Nəşrin məlumatına görə, Londonun təkliflərinə əsasən, 2008-ci ildən bəri ilk dəfə olaraq Amerika nüvə silahı Böyük Britaniya ərazisində yerləşdiriləcək.

Soyuq Müharibənin əvvəlində Londonda nüvə qabiliyyətinə malik V-bombardmançı təyyarələr olsa da, sonradan nüvə çəkindirici rolu sualtı qayıqlara əsaslanan ballistik raketlər öz üzərinə götürüb. Böyük Britaniyanın nüvə silahları hazırda yalnız ABŞ istehsalı olan Trident II (D5) ballistik raketləri daşıyan dörd Vanguard sinifli sualtı qayığa əsaslanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR