İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

“Report”un Cənub bürosu xəbər verir ki, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb.

Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR