İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrade dünya çempionatında iştirakdan imtina edib?

"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andradenin də bir zamanlar formasını geyindiyi Kabo-Verde milli komandası keçən həftə futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazandı.

Leandro Andrade uzun müddətdir ki, Kabo-Verde millisindən oyunlara dəvət alsa da, bu dəvətə müsbət cavab vermir.

Futbolçu milli komandasında oynamaqdan imtina etməsi ilə bağlı məsələ barədə açıqlama verib:

"Milli komandada yenidən oynamaq barədə düşünməmişəm. Ona görə də bu məsələ ilə bağlı şərh verə bilmərəm".

Qeyd edək ki, Kabo-Verde milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Esvatini yığmasını 3:0 hesabı ilə məğlub edərək, mundialın final mərhələsinə vəsiqə qazanıb. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR