İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Türkiyə ilə bağlı ŞOK SÖZLƏR: "Əsla olmaz"

“Suriyada hərbi gərginlik əsla qəbul edilə bilməz”.

Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada suriyalı həmkarı Faysal Mikdadla birgə mətbuat konfransında belə deyib. O bildirib ki, Rusiya və Suriya Türkiyənin mümkün hərbi əməliyyatlarının qarşısını almaq üçün Ankara ilə müzakirələrə hazırdır. Diplomatın sözlərinə görə, Rusiya, Türkiyə və Suriya arasında münasibətlərin yaxşılaşması üçün illərdir səy göstərir.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik ərazisi ilə bağlı tədbirləri tamamlamaq üçün antiterror əməliyyatları keçirəcəyini bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR