İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: “ABŞ Rusiya prezidentini fiziki olaraq aradan götürmək istəyir”

Pentaqonun “adı çəkilməyən məmurlar”ın Kremlə “başkəsmə zərbəsi” vurmaqla bağlı açıqlamaları, əslində, Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi planından xəbər verir.

Musavat.com xəbər verir ki, Bunu TASS agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər bu cür ideyalar həqiqətən kimin ağlına gəlirsə, həmin şəxs belə planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidir”, - deyə Lavrov bildirib.

Rusiya diplomatiyasının rəhbəri nüvə sahəsində Qərbdən gələn sərt açıqlamalara da toxunub. “Görünür, orada hər hansı ədəb-ərkan qaydalarını unudublar. Xüsusilə, seçkiqabağı debatlar zamanı nüvə zərbəsi əmrinə tam hazır olduğunu bəyan edən bədnam Liz Trass (Böyük Britaniyanın keçmiş baş naziri) çox canfəşanlıq edirdi”, - deyə rus nazir şikayətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR