İnsanlara hürriyət, millətlərə istiqlal!

Lamiyyə bu verilişin aparıcısı olacaq - VİDEO

Aparıcı Lamiyyə Ələkbərovanın yeni layihəsi bəlli olub.

O, MTV-də "Səhər görüşləri Lamiyyə Ələkbərova ilə" proqramına aparıcılıq edəcək. 

"Bu gündən etibarən şənbə-bazar günləri sizin görüşünüzə gələcəyəm. Səhər görüşləri mən Lamiyyə ilə olacaq" - deyə, aparıcı proqramın ilk buraxılışında bildirib.

Qeyd edək ki, Lamiyyə həm də MTV-də musiqi departamentinin direktorudur.

L.Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub. 

Daha əvvəl sözügedən vaxtlarda yayımlanan "10-da görüşək" proqramının aparıcısı Samir Bayramlı idi. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR