İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın növbəti təminat maşınları keçib -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi gün ərzində davam edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, gün ərzində indiyə qədər RSK-ya məxsus 16 maşın yoldan Xankəndiyə və Laçına doğru keçid edib.

RSK-nın təminat və minik avtomobilləri yolda maneəsiz hərəkət edirlər.

Aksiya iştirakçıları yoldan çəkilərək RSK-nə məxsus avtomobillərin keçidi üçün dəhliz açır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR