İnsanlara hürriyət, millətlərə istiqlal!

Küveyt əmiri VƏFAT ETDİ

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Küveyt dövlət televiziyası əmirin ofisinin rəsmi açıqlamasını yayıb.

Məlumata görə, ofisin açıqlamasından bir qədər əvvəl Küveyt televiziyası hakim ailə üzvünün ölümü halında Quran ayələrini yayımlayaraq canlı yayımı dayandırıb.

Noyabrın 29-da Əmirin dəftərxanası üzrə dövlət naziri Məhəmməd Abdulla əl-Mübarək əs-Sabah Şeyx Nəvafın xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, Küveyt əmiri 2006-2020-ci illərdə ölkəyə rəhbərlik etmiş ögey qardaşı Şeyx Səbah Əl-Əhməd Əs-Sabahın ölümündən sonra 2020-ci il sentyabrın 30-da taxta çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR