İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun Sovla kəndindən keçən hissəsində qeydə alınıb. "Hyundai Elantra" markalı minik maşını ilə "Hyundai Santafe" markalı avtomaşın toqquşub.

Nəticədə "Hyundai Elantra"da olan bir ailənin üzvləri Ağcabədi rayon sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və onun övladları, 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR