İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə ev Qarabağ müharibəsi veteranının başına uçub – FOTOLAR, VİDEO

 

Kürdəmirin Qarasaqqal kəndində Qarabağ müharibəsi veteranı Nizamı Əlisahib oğlu Məmmədova məxsus fərdi yaşayış evi onun başına uçub.

Qəza ötən ilin yayında meydana gəlib. Xoşbəxtlikdən hadisə zamanı Nizami Məmmədov və ailə üzvləri xəsarət almayıb. Ailə 1 ildən artıqdır ki, uçulub dağılmış evin həyətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qurulmuş çadırda yaşayır. Ailə aciz durumdadır və dövlətdən kömək gözləyir.

Nizami Məmmədov Musavat.com-un əməkdaşına deyib ki, qarşıdan gələn qışdan ailəsi ilə birgə necə çıxacağını təsəvvür edə bilmir. Onun sözlərinə görə hazırda ailəsi ilə olduqca acınacaqlı şərtlərdə yaşayır, dövlətdən kömək gözləyirlər.

Nizami Məmmədov bildirib ki, evi uçulub-dağılandan sonra əraziyə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasedici dəstəsi cəlb olunub.

 Bu haqda akt tərtib olunub. 27 iyul 2023-cü ildə tərtib olunmuş aktı təqdim edirik:

 Biz aşağıda imza edənlər, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin növbə rəisi kapitan Şirinzadə Elvin Səməndər oğlu, xilasedici d/x çavuşu Salmanov Sadiq Süleyman oğlu, xilasedici d/x siravısı Sabirlı Müşfiq Əlıağa oğlu, xilasedici d/x sıravisi Vəliyev Elvin Boran oğlu, Kürdəmir rayonu, Qarasaqqal kənd icra nümayəndəsi Abdullayev Cahıd Səhrab oğlu aktı tərtib edirik ondan ötrü ki, Kürdəmir rayonu, Qarasaqqal kənd sakini Məmmədov Nizamı Əlisahib oğluna məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçun Aran Regional Mərkəzinin balansında olan 1 (bir) ədəd Bakı çadır (saz, təzə, istifadə edilməmiş) Mırzəlıyev Nurlan Ağakərim oğlu tərəfindən vətəndaş Məmmədov Nizami Əlisahib oğlunun həyətyanı sahəsində qurlaşdırılaraq təhvil verilmişdir. Vətəndaşa təhvil verilmiş çadır fərdi yaşayış evinə dəymiş ziyan aradan qaldırıldıqdan sonra FHN-nin ARM-nə qaytarılması təmin olunacaq.

Bundan başqa qəzadan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazinin mühəndis-geoloji şəraiti ilə tanış olub və müvafiq arayış tərtib ediblər. Həmin arayışdan bəlli olur ki, Nazirliyin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisi Elxan Eminov 26 yanvar 2024-cu il tarixində Qarasaqqal kəndində olub və vizual hidrogeoloji və mühəndis-geoloji baxış keçirib.

Arayışda yazılır:

“Tektonik cəhətdən Kürdəmir-Saatlı batma zonasında yerləşən ərazinin geoloji quruluşunda alluvial-proluvial mənşəli Orla və Üst Pleyslosen yaşlı süxur kompleks, iştirak edir. Tədqiqat rayonu olduqca əlverişli hidrogeoloji şərait daxilində yerləşir. Burada yeraltı sular əsasən Holosen yaşlı çöküntü kompleksində yayılaraq, yer səthindən 0-25 metr intervalında rast gəlinir. Kür ətrafı sahələrdə isə qrunt sularının səviyyəsi qalxaraq subasma prosesi baş vermişdir. Nizamı Məmmədova məxsus fərdi tikili düzən ərazidə 40°23‘11     48°1B'14 koordinatlarında yerləşir. Vizual baxış zamanı müəyyən olunmuşdur ki, kənd ərazisində əsasən hidrogeoloji şəraitdən asılı olaraq təbii və texnogen amillərin birgə təsiri nəticəsində qrunt sularının səviyyəsi qalxmışdır. Belə ki, Qarasaqqal kəndi ərazisində də əsəsən texnogen faktorlar səbəbindən qrunt sularının qalxmasının dəyişməsi tez-tez müşahidə olunur.  Bu qalxım əsasən də kənd ərazisinin hirsometrik olaraq aşağı hissələrində özünü daha çox göstərir. Araşdırma zamanı fərdi tikilinin yerləşdiyi ərazidə subasma, sel və qrunt sularının təsiri qeydə alınmışdır. Belə ki, qeyd olunan proseslərin təsiri nəticəsində fərdi tikilinin bünövrə hissəsi mütəmadi subasma prosesinə məruz qalmış və dayanıqlığını itirmişdir. Proses nəticəsində tikili yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə ev sahibi bildirib ki, 2023-cü ildə baş vermiş zəlzələ hadisəsindən sonra tikilidə mövcud olan çatların ölçülərində artım baş vermişdir. Aidiyyəti qurumlar tərəfindən ev sakinləri müvəqqəti yaşamaq üçün çadırla təmin olunmuşdur.

Proses hal-hazırda aktiv fazadadır. Ərazidə təbii və texnogen amillərin təsirindən ekzogen geoloji proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Aparılan tədqiqatlara əsasən fərdi tikilidə yaşamağın insan həyatı üçün təhlükəli olması vətəndaşlara bildirilmişdir.

Nizami Məmmədov ümidlidir ki, dövlət orqanları nəhayət ki, onun probleminin həlli üçün hərəkətə keçəcəklər.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR