İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kül sənin başına” - Həyat yoldaşının iki barmağı kəsildi, həkimi təhqir etdi

1 saylı şəhər Poliklinikasında həkim-cərrah işləyən Günay İsmayılova pasientin həyat yoldaşını məhkəməyə verib. Həkim iddia edib ki, həmin şəxs onu təhqir edib.

Musavat.com xəbər verir ki, Günay İsmayılova xüsusi ittiham qaydasında məhkməyə müraciət edib.

Belə ki, Günay İsmayılovanın müalicə etdiyi şəkər xəstəsinin vəziyyəti ağırlaşıb. Onun ayağının iki barmağını kəsiblər. Xəstənin həyat yoldaşı həkimi günahkar bilərək xəsətəxanaya gəlib və baş həkimin otağında “kül sənin başına” deyərək onu savadsız həkim olmaqda günahlandırıb. Həmçinin həkimi rüşvət almaqda da ittiham edib.

G.İsmayılova bu danışıqları telefonunda qeydə alıb. Həmin səs yazıları məhkəməyə də təqdim edilib.

Məhkəmə həkimin iddiasını əsassız hesab edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR