İnsanlara hürriyət, millətlərə istiqlal!

Krininal qrupun lideri Rabinoviç təcridxanada ölüb

“Taqanskaya” mütəşəkkil cinayətkar qrupunun lideri, kriminal aləmdə “Qrişa Taqanski” kimi tanınan Qriqori Rabinoviç “Matrosskaya Tişina”da təcridxanasında ürək tutmasından ölüb. Onun 67 yaşı var idi.

Musavat.com xəbər verir ki, bu barədə Telegram 112 kanalında məlumat verilib.

Qeyd olunur ki, “Taqanskaya” mütəşəkkil cinayətkar qrupunun fəaliyyəti uzun müddətdir davam edir, qrupun quldurları məşhur kriminal boss Ded Xasanın qətlində, eləcə də bir sıra digər qətllərdə, quldurluqda, adam oğurluğunda, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar. Rabinoviç və Taqanskaya mütəşəkkil cinayətkar dəstəsinin quldurlarının işinə Moskva şəhər məhkəməsi baxır.

Taqanskinin ittiham edildiyi ən bədnam cinayət işi vəkil Natalya Vavilinanın öldürülməsidir. İttiham tərəfinə görə, qətli Vavilinanın keçmiş müvəkkili sifariş edib. Vəkil onun banka girov qoyduğu əmlakını məhkəmə yoluyla qaytara bilmədiyi və ödədiyi qonorarı geri verməkdən imtina etdikdən sonra o, Vavilinanın qətlini Rabinoviçin quldur dəstəsinə həvalə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR