İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldəki "qırğılar" Şoyqunun “kəlləsini istəyir”

 

Rusiya təhlükəsizlik qüvvələrinin rəhbərliyində olan bir sıra sərt xətt tərəfdarları prezident Vladimir Putindən müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu istefaya göndərməyi, həmçinin Ukraynada hərbi əməliyyatları gücləndirməyi, ümumi səfərbərlik  və hərbi vəziyyətin tətbiqini istəyirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” saytı məlumat yayıb. Lakin xəbərdə Putindən daha sərt kurs istəyənlərin adı çəkilməyib.

Xəbərdə, bu cür tələblərin, hələ bu ilin iyun ayının sonunda qiyamçı Yevgeni Priqojin tərəfindən irəli sürüldüyü xatırlanıb. Yazıda Rusiya elitasında qiyamçıların tələbləri yerinə yetirilməsə də cəzalandırılmamasının təəccüblə qarşılandığı vurğulanıb. Çünki belə olan halda Putinin “sabitliyin qarantı” reputasiyasının zədələnə bilməsi ehtimalı ortaya çıxır. Lakin bütün bunlara rəğmən Rusiyada hakim təbəqələr arasında hələ də Putinə alternativ görünmür və onların bir çoxu hazırkı status-kvonu dəstəkləyir.

Bir çox siyasi şərhçi isə 2024-cü il prezident seçkilərində Putinin yenidən altı illik müddətə namizədliyini irəli sürəcəyinə inanır. Mənbələrin bildirdiyinə görə, Ukraynada davam edən müharibə ilə yanaşı, Rusiya prezidenti son vaxtlar xüsusilə rublun məzənnəsi və iqtisadi sabitlikdən ciddi şəkildə narahatdır. Gələn informasiyalara əsasən, Putin seçkilər öncəsi inflyasiyanın artmasına imkan vermək istəmir, bu isə rublu sərbəst enişdən xilas etmək üçün əlavə  tədbirlər tələb edir.

“Bununla belə Putin sanksiyalara rəğmən hakimiyyətinin möhkəm və sabit olduğunu göstərmək üçün beşinci dəfə ölkə liderlərini təsdiqləyəcək”,-deyə materialda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR