İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml sözçüsü: “Bizim Ermənistanla öz münasibətlərimiz var”

Kreml rəsmisi Dmitri Peskov Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin gələcəyindən danışıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısının mətbuat katibi bildirib ki, Moskva İrəvanı müttəfiq hesab edir və onunla dostluq münasibətlərini inkişaf etdirməyi planlaşdırır. O, Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalamasını belə şərh edib.

“Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var”, - Peskov bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Ermənistana dost ölkə hesab etdiyini bəyan edib. Eyni zamanda, baş nazir qeyd edib ki, İrəvan yaxın gələcəkdə Moskva ilə münasibətləri daha yüksək səviyyədə müzakirə etməyə ümid edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR