İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: Durovun işi siyasi xarakterli ola bilər

Fransa hakimiyyəti Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durova qarşı irəli sürülən ittihamlarla bağlı ciddi sübutlar təqdim edə bilməsə, onun işi siyasi hesab edilə bilər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“İttihamlar həqiqətən də çox ciddidir və ciddi sübut bazası tələb edir. Əks təqdirdə, bu, birbaşa söz azadlığını məhdudlaşdırmaq, hətta belə desək, böyük şirkət rəhbərinə hədə-qorxu gəlmək cəhdi hesab olunacaq", - məlumatda bildirilib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR