İnsanlara hürriyət, millətlərə istiqlal!

Körpünü sökdülər ki, yol rahat olsun, amma bərbad oldu

Cavanşir körpüsü söküləndən sonra həmin nahiyədə avtomobillərin hərəkətinin daha da intensivləşəcəyi, tıxac və sıxlıq olmayacağı gözlənilirdi. Lakin yol yenidən açılandan sonra aydın oldu ki, vəziyyət daha da pisləşib.

İndi günün bütün saatlarında həmin yolda tıxac olur. Avtomobillər 20 saniyəlik yolu 20 dəqiqəyə keçməli olurlar. Sürücülər deyir ki, yolda hərəkətin tənzimlənməsi bərbaddır, hətta tıxac süni səbəblərdən əmələ gəlir. Bəzi sürücülər sıra ilə getməkdənsə, sağa burulur, yardımçı yolla irəliləyərək 100-150 metr qabağa düşməyə çalışır, sonradan ana yola çıxaraq, intizamla hərəkət edən avtomobillərin yolunu daraldırlar. Nəticədə sürət aşağı düşür, hərəkət intensivliyi pozulur.

Qeyd edək ki, Cavanşir körpüsü ötən ilin may ayında sökülüb, yeni yolun açılışı isə avqust ayında olub. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

 Elməddin Muradlı 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı vaxtilə məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki körpünün sökülməsi ilə ərazidə nəqliyyatın hərəkətində ciddi dəyişiklik gözləmir. “Sadəcə olaraq, hərəkətin təşkilində müəyyən yeniliklər olacaq. Ərazidə körpüsüz bir hərəkət mexanizmi qurulacaq, çünki Heydər Əliyev və Babək prospektlərindən, Afiyəddin Cəlilov küçəsindən gələn bütün nəqliyyat vasitələri həmin istiqamətə yönəlir. O yolun ötürücülük qabiliyyəti məlumdur. Yolda hər hansı alternativ variant yoxdursa, körpünün sökülməsi heç bir ciddi dəyişєikliyə yol açmayacaq”.

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

 Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a şərhində bildirdi ki, sözügedən yolun sağında və solunda müxtəlif obyektlər olduğu üçün ərazidə işıqforun quraşdırılması doğru qərardır: “Hesab edirəm ki, tıxacın yaranmasına səbəb işıqforun quraşdırılması deyil. Cavanşir körpüsü olanda orada sıxlıq olub. Həmin yola bir neçə istiqamətdən avtomobil daxil olduğu üçün sıxlıq olması təbiidir. Həmin ərazidə hərəkət intensiv olduğu üçün sıxlıq yaranır. Əsas məsələ sıxlığın tıxaca çevrilməməsidir ki, Yol Patrul Xidmətinin əməkdaşları 7/24 bunun üçün tənzimləmə həyata keçirirlər. Paralel küçələrdən olan Afiyəddin Cəlilov küçəsində hər zaman tıxac olmasının səbəbi işıqforun saniyəsinin az olmasıdır, buna görə də təxminən 1 dəqiqədən çox gözləmə olur. Bu orada yaşayan sakinlərə narahatlıq yaradır. Sutkanın demək olar ki, bütün saatlarında bu küçədə siqnalların səsi eşidilir. Bundan başqa, tıxacda qalan avtomobillərin buraxdığı karbon qazı atmosferə ciddi zərər verir. Bütün bu amilləri nəzərə alsaq, işıqforun saniyəsinin azaldılmasına ehtiyac var.  Afiyəddin Cəlilov Yusif Səfərov küçəsi ilə kəsişir ki, həmin küçədə hərəkət hər zaman intensiv olub. Yusif Səfərov şəhərətrafı ərazilərlə şəhər mərkəzini birləşdirən əsas küçələrdən biridir. Buna görə də bu küçədə hər zaman hərəkətdə sıxlıq müşahidə olunub”.

Toğrul Nəsirli rəis təyin edilib

Toğrul Nəsirli 

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ərazidə sıxlığın qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:

“Əməkdaşlarımız ərazidə nizamlayıcı qismində, YPX avtomobili ilə xidmət aparırlar. Əsas məqsəd yarana biləcək sıxlığın qarşısının alınması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Bu istiqamətdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tədbirlər görülür”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR