İnsanlara hürriyət, millətlərə istiqlal!

Konsert zamanı FACİƏ YAŞANDI: 1 nəfər öldü, 9-u isə yaralandı - VİDEO

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinin Rochester adlı bölgəsində əyləncə mərkəzlərindən birində faciə yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, səhnəyə çıxan “GloRilla” və “Finesse2tymes” adlı sənətçilərin konserti zamanı izdiham baş verib, nəticədə 1 nəfər ölüb, 9 vətəndaş isə ağır xəsarətlər alıb.

Rochester Polis bölməsinin rəisi David Smith mətbuata açıqlamasında “Hadisə yerində atəş açdıldığı, kiminsə silahla vurulduğu və ya bıçaqlandığına aid bir sübut, dəlil yoxdur” deyə bildirib.

Hadisə zamanı əvvəl 3 qadının ağır yaralandığı məlum olub. Onlar dərhal xəstəxanaya göndəriliblər. Lakin 3 qadından birinin vəziyyəti daha ağır olduğu üçün o xəstəxanada həyatını itirib.

Daha sonra isə 7 nəfərin yaralandığı ortaya çıxıb.

Hadisə ilə bağlı aparılan araşadırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR