İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresdən anti-Azərbaycan sənədi - ABŞ “öz ayağına güllə sıxacaqmı?”

Bir qrup konqresmen erməni lobbisinin əsirinə çevrilərək dövlətin mühüm strukturlarının yüksək rütbəli şəxslərinə qarşı qanun layihəsi hazırlayıb; Bakıdan sərt reaksiyalar

Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə “Turan”ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum olub. 

Bu qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan "40-dan çox Azərbaycan məmuruna - hərbçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var. (siyahı ilə bu lingdə tanış ola bilərsiz:   https://www.musavat.com/news/sok-abs-dan-inanilmaz-general-mirzeyeve-ve-40-resmi-memurumuza-sanksiya-teklif-edilir_1063268.html). Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq. Qanun layihəsində həmçinin “erməni əsirlərin” hüquqlarının pozulduğu deyilir. Bu, “Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur”, - deyə sənəddə bildirilir.

ABŞ-ın son illər Cənubi Qafqazla bağlı siyasəti sülhə və praktiki əməkdaşlığa xidmət etmir. Maraqlıdır ki, ərazilərimizin işğal altında qaldığı 30 ildə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ işğala, etnik təmizləmələrə, milli-mədəni irsimizin məhv edilməsinə, sərvətlərimizin talanmasına göz yumub, Ermənistanı cəzalandırmadı. BMT-nin məşhur 4 qətnaməsinin icrası ilə bağlı Ermənistana nəinki təzyiq edildi, əksinə, Azərbaycana qarşı “907-ci düzəliş” qəbul olundu. ABŞ hər il humanitar yardım adı altında separatçılara milyonlarla dollar vəsait ayırır, bununla da separatçıları ayaqda saxlayırdı. Tez-tez Vaşinqtona dəvət edilən, yüksək tribunalarda çıxış imkanı yaradılan erməni separatçılarının liderləri bu gün Bakıda istintaq təcridxanalarında mühakimə olunur, hökmlərini gözləyir. Konqresdəki məlum dairələr “erməni əsirlər” dedikdə əlbəttə ki, separatçıları da bu sıraya daxil edirlər.  

ABŞ-da Azərbaycanla - Şərqin ilk demokratik respublikası, regionun ən güclü ölkəsi ilə davamlı əməkdaşlıq ruhunu qoruyub, inkişaf etdirmək istəyən qüvvələr də çoxdur. Amma təəssüf ki, erməni lobbisinin ciddi təsiri altında olan ABŞ Konqresi anti-Azərbaycan qərarlarından əl çəkmir. Doğrudanmı, ABŞ-da hesab edirlər ki, “907-ci düzəliş”in müddətini uzatmaqla və digər addımlarla Azərbaycan dövlətinin siyasi iradəsini dəyişə biləcəklər? Amerikada bir gerçəyi hələ də anlamırlar ki, Azərbaycanla təzyiq dilində danışmağın heç bir mənası yoxdur. 

Kitab oxumaq lazımdır, Hellas!” – Elbəyi Həsənli yazır – Medianews

Elbəyi Həsənli

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, Dina ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının üzvüdür. 1950-ci ildə doğulub. Etnik baxımdan yunandır, ortodoks xristiandır. “Təbii ki, o, Türkiyə və Azərbaycanın qatı düşmənidir. Müvafiq olaraq Amerika Erməniləri Milli Komitəsinin ən sevimli siyasətçilərindən biridir. Demokratlar Partiyasının üzvüdür. Co Baydenin qondarma erməni soyqırımını rəsmən tanıması üçün böyük işlər görüb. 2020-ci il oktyabrın 1-də Titus dövlət katibi Mayk Pompeoya Azərbaycanın ermənilərin məskunlaşdığı "Dağlıq Qarabağ anklavı"na qarşı hücum əməliyyatlarını pisləyən məktub yazıb. O, Türkiyəni də Qarabağ münaqişəsində Azərbaycana dəstək verməkdə dəfələrlə ittiham edib. Belə bir adamın hazırladığı qanun layihəsindən Azərbaycana xeyir gələrmi? Gəlməz. Erməniyə dost olan, Türkiyə və Azərbaycana düşmən olan birisindən hansı axmaq xeyir gözləyir?", - deyə E.Həsənli sual edir.

Nazim Cəfərsoy: “PKK terrorunun seçkilərə qədər davam edəcəyi gözləniləndir”

Nazim Cəfərsoy

Ekspert Nazim Cəfərsoyun bildirdiyinə görə, bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir: “Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik, general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bəllidir. Bir yandan Azərbaycanla əməkdaşlıq istəyib, digər tərəfdən  ordumuzun xalq arasında ən çox sevilən generallarından birini "qara siyahı"ya almaq cəhdi nə deməkdir axı?! Qısaca, ABŞ Azərbaycan siyasətində “öz ayağına güllə” sıxmağa davam edir".

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Amerikadakı erməni diasporunun bu cəhdlərini çox görüb. Deputat vurğuladı ki, erməni diasporu yenə də növbəti təxribatçı oyunlar hazırlayır və Vaşinqton-Bakı münasibətlərini korlamağa çalışır. Onun sözlərinə görə, məqsəd münaqişənin həll edilməsinə əngəl olmaqdır, lakin Qarabağda konflikt çoxdan başa çatıb: “Xatırladıram ki, həmin siyahıya Müdafiə Nazirliyinin əməkdaşlarını da salıblar. Halbuki onlar Birləşmiş Ştatların sülhməramlılarının Əfqanıstandan çıxmasında kömək ediblər. Sadəcə, erməni diasporu və onlara bağlı konqresmenlərin növbəti təxribatıdır. Düşünmürəm ki, Konqresdə bu qanun layihəsi keçsin. Çünki birbaşa ABŞ əleyhinə olan addımdır”. 

Qabil Hüseynli: “Ermənistanın keçmiş müdafiə naziri deyirdi ki, tezliklə  çayımızı Bakıda içəcəyik…” Pravda.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli də “Yeni Müsavat”a şərhində qanun layihəsinin qəbul olunacağına inanmadığını açıqladı. Onun sözlərinə görə, Konqresdə erməni lobbisinin əlinə baxanlar var və onlar Vaşinqtonun mövqeyini ifadə etmirlər: “Bugünlərdə ABŞ dövlət katibi Entoni Blinken Qazağın anklav olmayan 4 kəndinin qaytarılması barədə razılaşmanı alqışladı. Avropa İttifaqı da oxşar mövqe sərgilədi. Əgər Qərbin iki əsas mərkəzi Azərbaycanla Ermənistan arasında inkişaf edən bu prosesi dəstəkləyirsə, hansısa başıpozuq konqresmenin özündən təklif irəli sürməsi heç bir əhəmiyyət daşımır. Bu cür konqresmenlər qarşıdakı seçkidə erməni lobbisinin dəstəyini qazanmaq üçün yarınırlar. Siyahıda adıkeçən şəxslərə sanksiya tətbiq olunması o deməkdir ki, ABŞ Azərbaycana savaş elan edir. Yəni bizi işğalçıdan fərqləndirmir, əksinə, belə məlum olur ki, müharibə cinayətləri törədən tərəfə qahmar çıxır. Bu da gözlənilməz hal olardı. O baxımdan inanmıram ki, təklif gerçəkləşsin. İndiyə qədər əleyhimizə dəfələrlə qanun layihələri irəli sürülüb, heç biri reallaşmayıb. Ən əsası isə - bir daha qeyd edirəm - son anlaşmanı Blinken alqışlayıb, Amerika Konqresi əsla bu avantürist layihəyə qoşulmaz”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR