İnsanlara hürriyət, millətlərə istiqlal!

Komediya ustası təyyarədə xuliqanlıq etdiyinə görə HƏBS EDİLDİ

Qazaxıstanlı komediya aktyoru Tursinbek Kabatov təyyarədə xırda xuliqanlıq etdiyinə görə həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Tengrinews.kz" portalı məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü il iyunun 2-də saat 07:30 radələrində Almatı-Astana reysi ilə uçan Kabatov sərxoş halda təyyarənin göyərtəsində nalayiq ifadələr işlədib.

Aktyor məhkəmədə stüardessaların pis xidmətindən narazı olduğunu və onlara öz etirazını bildirdiyini deyib.

O, ictimai asayişi pozduğuna görə üzr istəyib.

Məlumata görə, Kabatov inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 sutka həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR