Onlayn ictimai-siyasi qəzet
Ukrayna paytaxtı son günlər Rusiyanın kütləvi hava hücumlarının hədəfinə çevrildikdən sonra Kiyev NATO–Ukrayna Şurasının fövqəladə iclasının çağırılmasına nail olub.
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlamasında Brüsseldə sentyabrın 1-də keçiriləcək toplantının Kiyevin təşəbbüsü ilə baş tutacağını bildirib. Onun sözlərinə görə, məqsəd Rusiyanın sülh təşəbbüslərindən imtinası və mülki əhalini hədəfə alan terrorunu müzakirə etməkdir:
“Biz Rusiyanın davamlı eskalasiyasına adekvat cavab verilməsi üçün ortaq addımlar barədə məqsədyönlü müzakirə gözləyirik”.
Sibiqa əlavə edib ki, Moskva müharibəni uzatmaqla daha sərt təzyiq hiss etməlidir.
Xatırladaq ki, avqustun 30-na keçən gecə Rusiya ordusu Ukraynaya 537 pilotsuz uçuş aparatı və 45 raket buraxıb. Kiyevdə həyata keçirilən hücumlarda 25 dinc sakin həlak olub, onların arasında dörd uşaq da var.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ