İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev İranda istehsal olunmuş dronların hücumuna məruz qalıb

Dekabrın 30-na keçən gecə Rusiya ordusu kamikadze dronlarla Kiyevə hücum edib. Ukrayna müdafiəçiləri düşmənin bütün dronlarını vurublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

“Təcavüzkarın heç bir nəticəsi olmayan dünənki raket hücumundan sonra bu gecə paytaxt İran istehsalı “Şahedi” dronlarının hücumuna tab gətirib”, - deyə Popko əlavə edib.

Onun sözlərinə görə, Kiyevin hava məkanında düşmənin 5 pilotsuz təyyarəsi qeydə alınıb. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri atəşə tutub.

“Kamikadze dronunun qalıqlarından biri "Qoloseyevski rayonundakı inzibati binaya dəyib. Nəticədə bina qismən dağılıb, yaxınlıqdakı yaşayış binasının isə pəncərələri zədələnib. Həlak olanlar barədə məlumat daxil olmayıb. Bütün məlumatlar dəqiqləşdirilir", - deyə Administrasiya rəhbəri vurğulayıb.

Qeyd edək ki, hava hücumu xəbərdarlığı dekabrın 30-da səhər saat 4:30-da ləğv edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR