Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıdakı “Yeni Dünya Nizamına Doğru” adlı beynəlxalq forumda səsləndirdiyi möhtəşəm mesajına görə təşəkkür məktubu yayımlayıb.
Baş nazir Üstel öz bəyanatında İlham Əliyevin “KKTC-lı qardaşlarımız əmin olsunlar ki, onların müstəqil dövlət olaraq beynəlxalq aləmdə tanınması üçün biz həmişə onların yanında olacağıq” sözlərini çox böyük sevinc və minnətdarlıqla qarşıladıqlarını vurğulayıb:
“Can Azərbaycan Prezidenti İlham Əliyevin bu ifadələri bizləri çox xoşbəxt etdi. Ana vətən Türkiyə ilə birlikdə verdiyimiz haqlı mübarizədə Can Azərbaycanın dəstəyi, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə haqlı yerini tutması üçün həyati əhəmiyyət daşıyır.”
Baş nazir həmçinin Azərbaycan-Türkiyə-Kipr münasibətlərinin mahiyyətinə toxunaraq belə deyib:
“Biz həmişə bir gerçəyi açıq şəkildə ifadə edirik: bir millət, üç dövlətik. Bu şüurla mübarizəmizi qətiyyətlə davam etdiririk.”
Baş nazir Üstel, Azərbaycanın hər sahədə Kipr Türk Dövlətinin yanında olduğunu qeyd edərək, Prezident İlham Əliyevə və Azərbaycan xalqına öz adından və xalqı adından təşəkkür etdiyini bildirib:
“Hər sahədə bizimlə bir olan cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm.”
Xatırladaq ki, bundan əvvəl Şimali Kipr Türk Dövlətinin Prezidenti Ersin Tatar da Prezident İlham Əliyevin forumdakı çıxışına görə təşəkkür etmişdi. Beləliklə, Kipr Türk Dövlətindən Bakıya ardıcıl təşəkkür mesajları gəlməkdədir.
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ