İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimsəsiz, əlil qadın kömək istəyir: "Çarəsizəm... "  

29 yaşlı Simuzər Həsənova redaksiyamıza müraciət edərək, kömək istəyib.

Ürək qüsurlu azyaşlı övladı ilə birgə yaşayan S. Həsənova bildirib ki, 2-ci qrup əlil və epilepsiya xəstəsi olduğu üçün işləmək imkanı yoxdur. Həkimlər isə onun təcili müalicəyə ehtiyacı olduğunu bildirir:

"Övladımla birgə ağır vəziyətdə yaşayırıq, heç bir yerdən köməyimiz yoxdur, çox çarəsizəm. Yalnız ayda 180 manat əlilliklə bağlı pensiya alıram, bu isə heç bir tələbatımıza çatmır.

İmkanı olan şəxslərdən xahiş edirəm, dərmanlarımı almaqda bizə yardım əlini uzatsınlar".

Qeyd edək ki, ehtiyacı olan əlil anaya köməklik göstərmək istəyən şəxslər bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (055) 994-16-46

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR