İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In sui-qəsddən qorunmaq üçün özünə səkkiz malikanə tikdirib

 

Şimali Koreya lideri Kim Çen In sui-qəsd cəhdlərindən qorunmaq üçün səkkiz malikanə tikdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti  məlumat yayıb.

Yayımlanmış peyk görüntüləri Pxenyanın mərkəzində iki elit ərazidə davam edən və başa çatmış tikinti işlərini göstərir. Yeni malikanələr Kim Çen Inın və Şimali Koreya elitasının digər əsas üzvlərinin yaşayıb çalışdığı “Yasaq Şəhər” adlanan Çanvanqsan kompleksində yerləşir. Evlər hakim partiyanın Mərkəzi Komitəsinin şöbələrinin inzibati binaları ilə üzbəüz yerləşir. Departamentlər hökumətin, təhlükəsizlik qüvvələrinin və hərbi təşkilatların fəaliyyətinə nəzarət etdikləri üçün KXDR-in siyasi iyerarxiyasında ən nüfuzlu qurumlar sırasındadır.

Analitik, “North Korea Leadership Watch” mərkəzinin direktoru və qurucusu Maykl Maddenin “Daily Mail”ə bildirdiyinə  əsasən, tikintinin mümkün səbəblərindən biri Kim Çen Inın sui-qəsd qorxusu yaşamasıdır. Şimali Koreya lideri düşmənlərinin onun harada yatdığını bilməməsi üçün eyni görünüşdə 8 ev inşa etdirib.

Maykl Maddenin sözlərinə görə, Şimali Koreya lideri bu "paranoyak taktikaları" düşmən hücumundan qorunmaq üçün hər gecə fərqli bir otaqda yatan Çinin ilk imperatoru Sin Şi Huandinin siyasətini xatırladır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR