İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlu danışdı: "İkinci səfərim Bakıya olacaq"! "BaBaLa"-nın ən gülməlisi - VİDEO

Türkiyə prezidentliyinə "Millət ittifaqı"ndan namizəd Kamal Kılıçdaroğlu məşhur Youtube kanalı olan "Babala TV" -nin "Açıq mikrofon" layihəsinə qatılıb.

"BaBaLa TV" 4 milyon yarım abunəsi olan olduqca məşhur Youtube kanalıdır və Türkiyə ictimai rəyinə ən çox təsir göstərən layihələrdən biridir. Türkiyənin ən məşhur simaları bu kanalın çətin suallarının sınağından keçib: ya batıb, ya da böyük nüfuz qazanıblar.

Musavat.com xəbər verir ki, Kamal Kılıçdaroğlu "BaBaLa TV" platformasında Azərbaycanla bağlı çətin suallara da cavab verib və bu zaman hər kəsi heyrətləndirib. Belə ki, prezidentliyə namizəd bu dəfə Azərbaycanı "görüb". Azərbaycanı "İpək yolu" xəritəsindən silən, adını belə çəkməyən Kılıçdaroğlu bu dəfə deyib ki, prezident seçiləcəyi təqdirdə ikinci səfərini Azərbaycana edəcək (ilk səfər Şimali Kipr Türk Respublikasına).

İctimai qınaqlardan və təzyiqlərdən sonra bu cür metamarfoza, solçu bir kosmopolitin qəfildən Turançı - millətçi xəttə keçməsi səmimiyyətsizliyin və siyasi manevrin bariz göstəricisidir.

Bütün bunları görmək və qiymət vermək üçün həmin fraqmenti oxucularımıza təqdim edirik.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR