İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə turizm və rekreasiya zonaları yaradılacaq

Kəlbəcər rayonunda 5 yerdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam şəhərində keçirilən "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" mövzusunda elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, həmin zonalar Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam adlı ərazilərdə təşkil ediləcək.

"Xocavəndə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə eyni adlı turizm və rekreasiya zonaları olacaq", - deyə E.Cavadov əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR