İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıta səfəri çərçivəsində “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub.

Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyevə müəssisə barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət tərəfindən sənaye parkının 2,5 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

Dövlət başçısı müəssisənin təməlini qoyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR