İnsanlara hürriyət, millətlərə istiqlal!

Karantinə görə cəzalandırılan polis rəisi işdən çıxarıldı - FOTO

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı işdən çıxıb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili polis polkovniki Mübariz Quliyev bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

Qeyd edək ki, M. Quliyev bundan əvvəl Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsində olub. O, rayonda karantin qaydalarının pozulmasına göstərilən biganəliyə görə vəzifəsindən çıxarılaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR