İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada dəhşətli qar faciəsi: 60-dan çox avtomobil TOQQUŞDU - FOTO

Kanadada təsirli olan qar fırtınası səbəbindən Ontario əyalətində magistral yollarda 60-dan çox avtomobil toqquşub.

Musavat.com xəbər verir ki, şiddətli fırtına səbəbindən hava yolları şirkətləri ölkə daxilində uçuşların bir qismini ləğv edib, minlərlə ev və iş yeri elektriksiz qalıb.

Güclü qar nəticəsində magistral yollarda zəncirvari qəza baş verib. Ontario əyalətində 401 və 402 magistral yollarında 60-dan çox avtomobilin toqquşması nəticəsində görmə məsafəsi azalıb. Hər iki magistral yol hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Ontario Əyalət Polisi, zəruri hallarda çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Kanada Milli Meteoroloji Xidməti Ontario və Kvebek əyalətlərinə təsir edən qar fırtınasının yaxın günlərdə də davam edəcəyini və qar qalınlığının 50 santimetrə çatacağı gözlənildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR