Onlayn ictimai-siyasi qəzet
Kanada hakimiyyəti ABŞ-la sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 1,3 milyard Kanada dolları (900 milyon ABŞ dollarından bir qədər çox) xərcləmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Kanadanın ictimai təhlükəsizlik və maliyyə naziri Dominik Leblanç bu planın təfərrüatlarını tezliklə elan edə bilər. Telekanal qeyd edir ki, bu tədbirlər Ottavanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “sakitləşdirmək” cəhdidir. Tramp bir qədər əvvəl bəyan edib ki, Kanada ABŞ-la sərhədində yetərincə təhlükəsizlik tədbirləri görmədiyinə görə oradan ABŞ-a narkotik daşınır. Buna görə o, Kanadadan gələn mallara yüksək rüsumlar tətbiq edəcəyini deyib.
Kanada da öz növbəsində Tramp dediyini etsə, ABŞ-a qarşı təsirli addımlar atmaq üçün hazırlıqlara başlayıb.
Musavat.com
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ