Onlayn ictimai-siyasi qəzet
Kanada hökuməti 19-cu əsrdə torpaqlarının müsadirə edilməsinə görə kompensasiya olaraq beş hindu tayfasına 447,9 milyon Kanada dolları (323 milyon dollar) təzminat ödəyəcək. Musavat.com xəbər verir ki, məlumat hökumətin saytında dərc olunub.
Məlumata əsasən vəsait Ontario əyalətində yaşayan tayfalar arasında bölünəcək. Bu yerli xalqların nümayəndələrindən Kanada hökuməti adından rəsmi üzr istənilib.
2022-ci ildə Baş nazir Castin Trüdo yerli torpaqların müsadirə edilməsinə görə kompensasiya ödəmək qərarını açıqlaıb. Əvvəllər Alberta əyalətində yaşayan qəbilələrdən biri 1,3 milyard Kanada dolları (o zaman 1,03 milyard dollar) məbləğində təzminat alıb.
Trüdo hökuməti avropalı müstəmləkəçilərin nəsilləri ilə Kanadanın yerli əhalisi arasında barışığın ardıcıl tərəfdarıdır. 2017-ci ildə baş nazir hindu uşaqlarının zorla aparıldığı qondarma rezident məktəblərdə oxuyarkən əziyyət çəkən yerli xalqdan rəsmi üzr istəyib. Hakimiyyət həmçinin qurbanlara 800 milyon Kanada dolları (o zaman 638 milyon dollar) ödəməyə razılıq verib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ