Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma saatı: 31.08.2024 (23:12)
Tanınmış bloger və aktyor Kamran Razmovar Baku TV -nin məşhur layihəsinin qonağı olub.
Musavat.com xəbər verir ki, o, aparıcı Kamran Ağabalayevin suallarına cavab verərkən həyatına dair çox maraqlı detalları açıqlayıb.
Bəlli olub ki, Kamran Razmovar erkən gəncliyində Bakıda dondurma satıb və ruzusunu bu cür qazanıb. Xalq artisti Yaşar Nuri ilə rastlaşması isə onu aktyorluğa gətirib. Universiteti bitirəndən sonra Gənc Tamaşaçılar və Axundov adına Rus Dram Teatrlarının aktyoru işləyib. Bu sənətdə də pul olmadığından, Razmovar tamadalığa başlayıb. Seyr edəcəyiniz bu videoda da özünün dediyi kimi, bu sənətdə də başına qəribə hadisələr gəlib. Məsələn, bir bəyin iki evlilikdə də tamadası olub. Ən kuryoz hadisə isə Bakıda "Cesika" adlı itin 10 illik yubileyində tamada olmasıdır. Bəlli olur ki, itin ad gününə hətta Rusiyadan da hörmətli qonaqlar gəlibmiş. Sonda "Cesika" doğum günü tortunun şamlarını da söndürüb.
Kamran Razmovar bir bloger kimi sosial mediada ermənilərlə debat, polemika və müsahibələrlə tanındı. 44 günlük Vətən Müharibəsi günlərində və ondan sonra Kamranın rusdilli xəbər məkanında gördüyü işlər təqdirəlayiqdir və əslində möhtəşəmdir. O, həmin işi indi də yüksək səviyyədə aparır və daha geniş audotoriyaya xitab edir. Kamran Razmovar Azərbaycanı dünyaya tanıdan, ölkəsinin gözəlliklərini və dəyərlərini təbliğ edən alovlu vətənpərvər, mötəbər blogerdir.
Musavat.com onun müsahibəsindən kiçik bir parçanı diqqətinizə təqdim edir. Maraqlananlar müsahibənin tamamına Youtube platformasında baxa bilərlər.
@@TVmusavat/94438@@
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ